ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə İranla münaqişənin nizamlanmasına nail olmaq niyyətində olduğunu açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tramp bu barədə "Fox News"a müsahibəsində bildirib.
"Bəli, bunu sona çatdıracağam. Bu və ya digər şəkildə məsələni həll edəcəyik. Onlar razılaşma əldə etmək istəyirlər, lakin bizə uzunmüddətli saziş lazımdır", - o qeyd edib.
ABŞ Prezidenti həmçinin deyib ki, Vaşinqtonun gələcəkdə zəif və səriştəsiz prezidentinin hakimiyyətdə olacağı halda belə qüvvədə qalacaq bir razılaşma əldə etməyə çalışır.
Tramp İranla münaqişənin nizamlanması prosesində Rusiyadan və ya Çindən kömək istəməyi planlaşdırmadığını da vurğulayıb.
"Bizə heç kimin köməyi lazım deyil", - ABŞ Prezidenti bildirib.