Əsas məzmuna keç

Husilər Ər-Riyada 4 raket zərbəsi endirdi

Husilər Ər-Riyada 4 raket zərbəsi endirdi

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilərin Yəməndəki "Ənsar Allah" hərəkatı tərəfindən...

en ru

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilərin Yəməndəki " " hərəkatı tərəfindən Ər-Riyad istiqamətində həyata keçirilən hücumlarının qarşısını alıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən ölkənin cənub bölgəsi istiqamətində buraxılan dörd ballistik raketi ələ keçirərək məhv edib.

Qeyd olunub ki, bundan əvvəl daha bir raket hücumunun qarşısı alınıb.

Hadisə nəticəsində dağıntılar baş verib və hazırda dəymiş ziyanın miqyası qiymətləndirilir.

Bundan əvvəl Səudiyyə Ərəbistanının paytaxtında güclü partlayış baş verdiyi bildirilmişdi.

Həmçinin vurğulanıb ki, beynəlxalq səviyyədə tanınan Yəmən hökumətini dəstəkləyən koalisiya qüvvələri husilərin Ər-Riyada hücum cəhdi zamanı istifadə etdiyi ballistik raket buraxılış qurğusunu Dhamar şəhərində vurub.

Husilərin nəzarətində olan SABA informasiya agentliyinin məlumatına görə isə "Ənsar Allah" hərəkatı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənin paytaxtı Sənaya, eləcə də Səada və Təiz əyalətlərinə zərbələr endirdiyini açıqlayıb.

Bildirilib ki, Təizdə tibb mərkəzlərindən biri zərbə nəticəsində zədələnib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…