Əsas məzmuna keç

Husilər gəmilərə hücum etdi, 6 nəfər öldü

Husilər gəmilərə hücum etdi, 6 nəfər öldü

Yəməndəki “Ənsar Allah” hərəkatının Oman körfəzi və Bab əl-Məndəb boğazında törətdiyi terror aktı nəticəsində “Tihama” gəmisi və xilasedicilər həlak olub.

en ru

Yəmənin husilər adı ilə tanınan “ ” hərəkatı gəmilərə qarşı həyata keçirilən hücumlara görə məsuliyyəti üzərinə götürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hücumlar qlobal neft tədarük zəncirinin əsas marşrutlarından hesab olunan körfəzində və Qırmızı dənizə girişdə, Bab əl-Məndəb boğazı ərazisində baş verib.

Qeyd olunub ki, Qırmızı dənizin cənub hissəsində, Bab əl-Məndəb boğazında Misirin kiçik yük gəmisi “Tihama”ya husilərin hücumundan şübhələnilən hadisə nəticəsində gəminin dörd heyət üzvü həlak olub.

Yəmən Sahil Mühafizəsi isə hücum zamanı husilərə qarşı fəaliyyət göstərən silahlı qrupun iki yəmənli xilasedicisinin də öldüyünü açıqlayıb.

Daha sonra husilər Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanına məxsus hərbi gəmiyə hücum etdiklərini bildiriblər, lakin onlar gəminin adını açıqlamayıblar.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…