Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 3-də Rusiyaya işgüzar səfər edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” "Armenpress"ə istinadən xəbər verir ki, bununla bağlı Paşinyan jurnalistlərə açıqlamasında bildirib.
"Dekabrın 3-də Moskvaya işgüzar səfərim barədə əvvəlcədən razılığa gəlmişik. Səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə görüş və müzakirələr keçiriləcək", - Ermənistanın Baş naziri qeyd edib.
Paşinyan həmçinin dekabrın 11-12-də Avrasiya İqtisadi İttifaqı (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Rusiyaya səfərinin planlaşdırıldığını da bildirib.
Bundan əlavə, Ermənistan hökumətinin başçısının dekabrın sonunda Aİİ və MDB liderlərinin görüşlərində iştirak etmək üçün Rusiyaya yenidən səfər edəcəyi gözlənilir.