Əsas məzmuna keç

Fərid Qayıbov beynəlxalq yarışlarda medal qazanan idmançılarla görüşüb - FOTO

Fərid Qayıbov beynəlxalq yarışlarda medal qazanan idmançılarla görüşüb - FOTO
— Foto: idman.biz

Oktyabrda Azərbaycan idmançıları 17 ölkədə keçirilən beynəlxalq yarışlarda 51 qızıl, 43 gümüş və 74 bürünc medal qazanıblar. Görüş Azərbaycan İdman Akademiyasında keçirilib.

en ru

Gənclər və idman naziri ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr göstərən idmançılarla görüşüb. Tədbir İdman Akademiyasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Fərid Qayıbov çıxışında idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib, idmançıları və məşqçilərini təbrik edib. Nazir bildirib ki, oktyabr ərzində beynəlxalq yarışlarda Azərbaycanın Dövlət Himni 17 ölkədə səsləndirilib.

Oktyabrın medal göstəriciləri

İdmançılarımız ay ərzində ümumilikdə 51 qızıl, 43 gümüş və 74 bürünc qazanıblar.

Tədbirdə beynəlxalq yarışlarda əldə edilmiş nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Bir sıra idman növlərinin nümayəndələri qatıldıqları yarışlar və nəticələri barədə məlumat veriblər.

Görüşdə Fərid Qayıbovun mentoru olduğu “Yüksəliş” müsabiqəsinin qalibi, Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin poliklinikasının rəisi Ramil Hüseynzadə də iştirak edib. Sonda nazir idmançılara qarşıdakı yarışlarda uğurlar və qələbələr arzulayıb.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…