Əsas məzmuna keç
İndira Niyazi qızı Hacıyeva

İndira Niyazi qızı Hacıyeva

Gənclər və idman nazirinin müavini

Mənbə: mys.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1960-cı il iyulun 15-də anadan olub.

1982–1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, 1984–1986-cı illərdə Akademiyanın komsomol komitəsi katibinin müavini, 1986–1988-ci illərdə 26 Bakı Komissarı adına rayon komsomol komitəsində təlimatçı, katib və I katib, 1988–1989-cu illərdə Ümumittifaq komsomolunun Mərkəzi Komitəsində (Moskva) təlimatçı, 1989–1991-ci illərdə Azərbaycan komsomolunun Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışıb.

1992–1993-cü illərdə Bakı Dövlət Universitetində mühəndis, 1993–1995 və 1998–1999-cu illərdə “SIAR–BAKI JV” sosioloji tədqiqatlar müəssisəsində analitik təhlil üzrə mütəxəssis, 1999–2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətində baş mütəxəssis, 2000–2001-ci illərdə İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri olub. 2001–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Uşaq və gənclərlə iş üzrə şöbəsində baş təlimatçı və sektor müdiri, 2006–2007-ci illərdə Prezidentin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2008–2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində baş məsləhətçi, sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 noyabr tarixli Sərəncamı ilə gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1982-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini, 1988-ci ildə Moskva Ali Komsomol Məktəbində ali idarəetmə kursunu bitirib.