Fərhad Məcid oğlu Hacıyev
Gənclər və idman nazirinin müavini
Tərcümeyi-hal
1980-ci ildə Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2000–2001-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının şöbə müdiri, məclis sədri və baş katibi vəzifələrində işləyib. 2001–2011-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində bölmə müdiri, 2011–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru olub.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.
Təhsil
1999-cu ildə Azərbaycan Universitetinin Beynəlxalq münasibətlər ixtisasının bakalavr, 2001-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və idarəetmə” istiqamətinin maliyyə ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurub. 2008-ci ildə Harvard Universitetində yüksək rütbəli dövlət məmurları üçün kursu bitirib; 2013-cü ildə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.