Əsas məzmuna keç

Fərhad Hacıyev: Azərbaycan postmünaqişə dövründə 9 şəhəri yenidən qurur

Fərhad Hacıyev: Azərbaycan postmünaqişə dövründə 9 şəhəri yenidən qurur

WUF13-də çıxış edən nazir müavini Şuşa, Lənkəran və Qarabağdakı bərpa işlərindən danışdı. Şərqi Zəngəzurda gənclər üçün hansı yeni imkanlar yaradılır? Ətraflı burada.

en ru

Azərbaycanda dayanıqlı şəhərsalma istiqamətində həyata keçirilən siyasət çərçivəsində gənclərə xüsusi diqqət yetirilir. Xüsusilə Şuşa və kimi regionlarda gənclərin inkişafına yönələn proqramlar geniş şəkildə icra olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu və idman nazirinin müavini Fərhad Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Uşaq və Gənclər Assambleyasında çıxışı zamanı deyib.

O, belə nüfuzlu platformada gənclərin əsas müzakirələrin mərkəzində yer almasından böyük qürur hissi keçirdiyini diqqətə çatdırıb.

Qarşıya qoyulan əsas məqsədin gənclərə və uşaqlara sabit həyat, keyfiyyətli təhsil və təhlükəsiz yaşayış imkanları yaratmaq olduğunu vurğulayan nazir müavini deyib: “Hazırda dünyada milyonlarla uşaq və gənc yaşayış yeri, keyfiyyətli təhsil və digər fundamental imkanlardan məhrum şəraitdə yaşayır. və Şərqi Zəngəzurda biz yalnız yollar və infrastruktur inşa etmirik. Eyni zamanda gənclər üçün yeni imkanlar, inkişaf perspektivləri və əlverişli yaşayış mühiti formalaşdırırıq. postmünaqişə dövründə 9 şəhəri yenidən inşa edərək dayanıqlı və inklüziv gələcək qurmağa çalışır”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…