“Barselona”nın baş məşqçisi Hansi Flik Rafinyanın La Liqanın 13-cü turunda “Vilyarreal”la keçiriləcək oyunda iştirak etməyə hazır olduğunu bildirib. Görüş noyabrın 22-də “Spotify Kamp Nou” stadionunda baş tutacaq.
Flik Rafinyanın Braziliya millisi üçün vacib futbolçu olduğunu anladığını deyib. Onun sözlərinə görə, futbolçu klub matçlarında bütün gücünü ortaya qoyursa, bu, məşqçini qane edir.
Baş məşqçi Lamin Yamalın millinin ilk oyunu üçün komandanın düşərgəsinə getməməsinə sevindiyini bildirib. Yamalın İngiltərəyə qarşı oynadığını və çox yüksək səviyyəli, qeyri-adi futbolçu olduğunu vurğulayıb.
Rodi ilə bağlı isə səbirli olmaq lazım gəldiyini deyən Flik, futbolçunun bərpa prosesinin yaxşı getdiyini qeyd edib. O, Rodinin ötən mövsüm “Mançester Siti”də çıxış edərkən oxşar zədə aldığını xatırladaraq, onu qorumağın vacibliyini bildirib. Flikin sözlərini AS yayıb.