Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” Cənubi Koreya çempionatında məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb. Komanda K Liqa 1-in 36-cı turunda səfərdə “Qanqvon”a 3:1 hesabı ilə qalib gəlib.
Ev sahibləri 24-cü dəqiqədə Çve Byonq-Çanın qolu ilə hesabı açıblar. Dioqo Oliveyra 38-ci dəqiqədə tarazlığı bərpa edib. İkinci hissədə Qustav Ludviqson 53-cü dəqiqədə “Daejeon”u önə keçirib, Masatoşi İşida isə 84-cü dəqiqədə yekun hesabı müəyyənləşdirib.
“Daejeon” ikinci pilləyə bir xal yaxınlaşdı
Komanda son 10 oyunda yeddi qələbə qazanıb, üç dəfə heç-heçə edib. Turun digər görüşündə ikinci pillədəki “Ulsan” “İnçeon”a 1:2 hesabı ilə uduzub.
“Daejeon” 56 xalla üçüncü yerdədir və “Ulsan”dan cəmi bir xal geri qalır. Çempionatın başa çatmasına iki tur qalmış komanda Asiya Çempionlar Liqasının elit mərhələsinə birbaşa vəsiqə uğrunda mübarizəni davam etdirir.
Anton Krivotsyuk “Qanqvon”la oyunun iştirak ərizəsində yer almayıb. O, çənə nahiyəsində yaranmış iltihabi prosesə görə Azərbaycan millisinin noyabr oyunları üçün heyətindən də çıxarılmışdı.