Əsas məzmuna keç
Sahil Rafiq oğlu Babayev

Sahil Rafiq oğlu Babayev

Maliyyə naziri

Mənbə: maliyye.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

Sahil Rafiq oğlu Babayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bakalavr, 2002-ci ildə həmin fakültəni magistr dərəcəsi ilə bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.

1999–2006-cı illərdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində mütəxəssis, sonra xarici investisiyalar departamentinin direktoru vəzifəsində çalışıb. 2006–2009-cu illərdə Milli Məclis sədrinin köməkçisi olub və Azərbaycan–Aİ Parlament Əməkdaşlıq Komitəsi üzrə koordinator kimi fəaliyyət göstərib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyində xarici investisiyalar və beynəlxalq əməkdaşlıq istiqamətində vəzifələr tutub. 2009–2014-cü illərdə "Təmiz Şəhər" ASC-nin idarə heyətinin sədri olub.

2018-ci il aprelin 21-də əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. 2025-ci il fevralın 6-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 2000 — Bakı Dövlət Universiteti, beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi (bakalavr)
  • 2002 — həmin fakültə, magistr
  • Hüquq üzrə fəlsəfə doktoru

Xəbərlərdə