Əsas məzmuna keç

Anar Məhərrəm oğlu Bayramov

Səhiyyə naziri

Mənbə: president.az · yoxlanılıb 19.10.2026

Tərcümeyi-hal

Anar Məhərrəm oğlu Bayramov 1975-ci ildə anadan olub. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim işləyib. 2002-ci ildən “A-Group” Sığorta Şirkətində baş tibbi ekspert, baş direktorun müavini, baş direktor və İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi sığorta komitəsinin sədri, 2012–2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEIBC) prezidenti olub.

2021-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib, daha sonra Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 2025-ci il aprelin 17-də Prezidentin Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib. 2026-cı ildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru olub.

2026-cı il oktyabrın 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • Azərbaycan Tibb Universiteti, bakalavr
  • Azərbaycan Dövlət İqtisad Universiteti, magistr
  • 2003 — tibb üzrə fəlsəfə doktoru

Xəbərlərdə