İlqar Əbülfəz oğlu Qasımov
Səhiyyə nazirinin müavini
Tərcümeyi-hal
1965-ci il aprelin 12-də Bakı şəhərində anadan olub. Tibb elmləri doktorudur.
1989–1990-cı illərdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda “Travmatologiya və ortopediya” ixtisası üzrə internatura keçib, sonra həmin institutda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb. 2000–2004-cü illərdə Moskvada Priorov adına Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun İri oynaqların artroplastikası və endoprotezləşdirilməsi şöbəsində baş elmi işçi, 2004–2006-cı illərdə Rusiya Tibb Akademiyasının Diplomdan Sonrakı Təkmilləşdirmə İnstitutunun Travmatologiya və ortopediya kafedrasında elmi işçi olub. 2006–2017-ci illərdə Bakıdakı bir neçə özəl klinikada fəaliyyət göstərib.
2017-ci il avqustun 17-dən Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, 2019-cu ildən Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun “Travmatologiya və ortopediya” kafedrasının müdiri olub. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 fevral tarixli Sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
Təhsil
1982-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-işi fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirib. 1994-cü ildə Moskvadakı Priorov adına Mərkəzi Travmatologiya İnstitutunda tibb elmləri namizədi, 1996–2000-ci illərdə həmin institutda doktorantura təhsili alaraq tibb elmləri doktoru elmi dərəcəsini alıb.