Əsas məzmuna keç
Rasim Miskin oğlu İsmayılov

Rasim Miskin oğlu İsmayılov

Səhiyyə nazirinin müavini

Mənbə: sehiyye.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1973-cü ildə Bakı şəhərində anadan olub.

İnstitutu bitirdikdən sonra 2001-ci ilin sentyabrınadək Respublika Gigiyena və Epidemiologiya Mərkəzində birinci dərəcəli mühasib-təftişçi, ali dərəcəli mühasib-təftişçi və aparıcı iqtisadçı vəzifələrində çalışıb. 2001-ci ilin sentyabrında Muğan Kommersiya Bankında valyuta əməliyyatları üzrə mütəxəssis kimi fəaliyyətə başlayıb; 2002-ci ilin dekabrında həmin bankın müştərilərə xidmət departamentinin rəis müavini, 2003-cü ilin noyabrında əməliyyat idarəsinin rəisi, 2005-ci ilin dekabrında İdarə Heyəti sədrinin müavini təyin olunub və 2017-ci ilin aprelinədək bu vəzifədə işləyib.

2017-ci ilin avqustundan 2018-ci ilin oktyabrınadək Polşada fəaliyyət göstərən Fertiz S.A şirkətində baş direktorun maliyyə məsələləri üzrə müşaviri, 2018-ci ilin oktyabrından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsinin rəis müavini olub. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 fevral tarixli Sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1990-cı ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına qəbul olub, 1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun kommersiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.