Nadir Azər oğlu Zeynalov
Səhiyyə nazirinin müavini
Tərcümeyi-hal
1976-cı il oktyabrın 24-də Bakı şəhərində anadan olub. Tibb üzrə fəlsəfə doktoru, cərrahlıq üzrə dosentdir.
Əmək fəaliyyəti Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrası ilə bağlı olub: 1999–2001-ci illərdə klinik ordinator, 2001–2004-cü illərdə aspirant, 2005–2013-cü illərdə assistent, 2013-cü ildən həmin kafedranın dosenti vəzifəsində çalışır.
2015–2016-cı illərdə Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2016–2019-cu illərdə beynəlxalq əlaqələr üzrə prorektoru, 2019–2021-ci illərdə Səhiyyə Nazirliyinin Aparat rəhbəri olub. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 fevral tarixli Sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
Təhsil
1999-cu ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2021-ci ildə cərrahlıq üzrə dosent elmi adını alıb.