Süleyman Əsgər oğlu Neymətov
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri
Tərcümeyi-hal
1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
1991–1993-cü illərdə müddətli həqiqi hərbi xidmət keçib. 1993-cü ildən daxili işlər orqanlarında xidmət edir: 1993–1994-cü illərdə Naxçıvan şəhər polis şöbəsinin polis nəfəri, 1994–2005-ci illərdə Daxili İşlər Nazirliyinin Komendant Xidmətində polis nəfəri, bölmə komandiri, taqım komandiri, bölük komandirinin müavini və baş inspektor, 2005–2013-cü illərdə Nəsimi rayon polis idarəsində bölük komandiri və rəis müavini, 2013–2016-cı illərdə Sumqayıt şəhər polis idarəsinin rəis müavini, 2016–2020-ci illərdə Quba rayon polis şöbəsinin rəisi, 2020–2022-ci illərdə Suraxanı rayon polis idarəsinin rəisi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 28 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 iyun tarixli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilib. 2002-ci ildə "İgidliyə görə", 2020-ci ildə "Vətən uğrunda" medalları ilə təltif edilib.
Təhsil
2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.