Əsas məzmuna keç
Vüqar Valeh oğlu Mustafayev

Vüqar Valeh oğlu Mustafayev

Müdafiə sənayesi naziri

Mənbə: mdi.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2010–2013-cü illərdə Xəzər Universitetində maliyyə və kredit ixtisası üzrə MBA dərəcəsi alıb. 2016-cı ildə Daxili Auditorlar İnstitutunun sertifikatlaşdırılmış daxili auditor (CIA) ixtisasını qazanıb.

2006–2008-ci illərdə müxtəlif şirkətlərdə təlim koordinatoru və maliyyə üzrə mütəxəssis işləyib. 2009–2012-ci illərdə "Ernst & Young CIS B.V." şirkətində baş mütəxəssis, 2012–2014-cü illərdə "Azerfon" MMC-nin daxili audit departamentinin direktoru olub. 2014–2021-ci illərdə "PAŞA Holding"də icraçı direktorun müşaviri, idarə heyəti sədri və şirkətin Türkiyə üzrə nümayəndəsi vəzifələrində çalışıb.

2023-cü il martın 15-də müdafiə sənayesi nazirinin müavini, 2023-cü il noyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Xəbərlərdə