Mehman Abbas oğlu Baxışov
Müdafiə sənayesi nazirinin müavini
Tərcümeyi-hal
1959-cu ildə Abşeron rayonunun Altıağac kəndində anadan olub. 2013-cü ildə general-mayor hərbi rütbəsi verilib.
1981–1985-ci illərdə SSRİ Hərbi Dəniz Donanmasının Mərkəzi Kimya Anbarında Saxlama şöbəsinin rəisi, 1985-ci ildə SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində aparıcı mühəndis, 1990-cı ildə SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi Nümayəndəliyinin rəisi vəzifəsində çalışıb. 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silah və Hərbi Texnika İdarəsində qərargah rəisinin müavini olub; 1992–1993-cü illərdə Qarabağda gedən döyüşlərdə iştirak edib.
1992–1994-cü illərdə Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsində Baş hərbi nümayəndəliklər şöbəsinin rəisi, 1994–2019-cu illərdə həmin idarənin rəisi, 2019–2020-ci illərdə müdafiə sənayesi nazirinin hərbi-texniki əməkdaşlıq üzrə müşaviri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin edilib.
Təhsil
1974–1976-cı illərdə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1976–1981-ci illərdə Xəzər Ali Hərbi Dənizçilik Məktəbində hərbi mühəndis-texnoloq ixtisası üzrə bakalavr dərəcəsi alıb. 1990–1991-ci illərdə Marşal Timoşenko adına Ali Hərbi Akademiyanın rəhbər mühəndislər fakültəsində, 2001–2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında “Strateji tədqiqatlar və dövlət müdafiəsini idarəetmə” kurslarında təhsil alıb.