Hidayət Ağanəcəf oğlu Əzimov
Müdafiə sənayesi nazirinin müavini
Tərcümeyi-hal
1985-ci ildə Bakı şəhərində anadan olub.
2006–2007-ci illərdə yerli hüquq şirkətində hüquqşünas, 2007–2018-ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini, 2018–2022-ci illərdə “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb. 2018-ci ildən Vəkillər Kollegiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini, 2024-cü il 11 yanvar tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin edilib.
Təhsil
2001–2005-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2005–2007-ci illərdə həmin universitetdə magistr dərəcəsi alıb.