Sahil Babayev: Ünvanlı sosial yardım məsələsində manipulyasiya etmək istəyənlər var

Sahil Babayev: Ünvanlı sosial yardım məsələsində manipulyasiya etmək istəyənlər var
02.04.2024 12:40
Aa
dəq

Hazırda ünvanlı dövlət sosial yardım məsələsində manipulyasiya etmək istəyən şəxslər, vasitəçələr var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin ilk efirinin “Sosial saat” verilişində deyib.

O bildirib ki, həmin şəxslər yalandan bir günlük, bir aylıq şirkətlər və ya fərdi sahibkarlıq qeydiyyat nömrələri götürərək guya 100 nəfəri işə götürüb sonradan çıxarırlar: “Onlar sadəcə saxtakarlıqla məşğul olurlar. Nazirlik bu sahədə daimi monitorinq həyata keçiirr. Belə müvəqqəti iş yerləri üzərindən sırf ünvanlı dövlət sosial yardım üçün vasitəçilərə qarşı tədbirlər görülür, bir neçəsi barədə hüquq-mühafizə orqanlarına müraciət olunub. Buradan vətəndaşlara səslənirəm ki, heç bir vasitəçinin köməyindən istifadə edərək ÜDSY üçün müraciət etməsinlər. Birbaşa nazirliyin strukturlarına müraciət edə bilərlər. Elektron sistem üzərindən heç bir çətinlik çəkmədən birbaşa özləri qeydiyyatdan keçə bilərlər”.

S.Babayev vurğulayıb ki, ÜDSY proqramı ciddi şəkildə inkişaf etdirilib: “Orta aylıq vəsait artırılıb, müraciət forması sadələşdirilib. 300 minə yaxın insan bu gün yardım alır. Ümumiyyətlə, bu yardım növü passiv dəstək alətidir. Dövlətin niyyəti heç də o deyil ki hamı bu yardımla əhatə olunmalıdır. Biz insanları daha çox aktiv alətlərə cəlb etməliyik. Ona görə də gəlirlərin hesablanması mexanizminə mütəmadi aparılır”.

Həftənin ən çox oxunanları

“Green card” müraciətlərinin nəticələri açıqlandı

“Green card” müraciətlərinin nəticələri açıqlandı
DAVAMIN OXU davamın oxu

Sabah bu yollar bağlı olacaq

Sabah bu yollar bağlı olacaq
DAVAMIN OXU davamın oxu

Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub

Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
DAVAMIN OXU davamın oxu

“Labirintdən çıxış”: Qızların təhsilə cəlbi məsələsi müzakirə edildi - FOTO

“Labirintdən çıxış”: Qızların təhsilə cəlbi məsələsi müzakirə edildi - FOTO
DAVAMIN OXU davamın oxu

Ötən ay 148 min nəfərdən çox aylıq müavinət alan olub

Ötən ay 148 min nəfərdən çox aylıq müavinət alan olub
DAVAMIN OXU davamın oxu