Sahil Babayev: "İxtisaslı şəxslərin fərdi məşğulluq proqramlarına cəlb olunmasını hədəfləyirik"

Sahil Babayev: "İxtisaslı şəxslərin fərdi məşğulluq proqramlarına cəlb olunmasını hədəfləyirik"
02.06.2023 14:15
Aa
dəq

Bu il Azərbaycanda 20 min işsiz şəxsi peşə hazırlığına cəlb edilməsi planlaşdırılır və bu istiqamətdə işlər görülür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliyin edilməsi layihəsinin müzakirəsi zamanı deyib.

"Hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir. Xüsusən də ixtisaslı şəxslərin tez bir zamanda işlə təmin edilməsi, bundan başqa fərdi məşğulluq proqramlarına cəlb olunmasını hədəfləyirik. Amma nazirliyin potensialı buna kifayət etmir. Bu səbəbdən də özəl tərəfdaşlarla əməkdaşlıq edilir. Belə olan zaman da daha ciddi addımlar atıla bilər",- deyə nazir bildirib.

Həftənin ən çox oxunanları

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu