Rauf Hacıyev
Ekologiya və təbii sərvətlər nazirinin müavini
Tərcümeyi-hal
1958-ci il avqustun 21-də anadan olub. Biologiya elmləri doktoru, professordur.
1980-ci ildə AMEA-nın Fizika İnstitutunda işləyib. 1981-ci ildən Azərbaycan Dövlət Universitetinin “Onurğalılar zoologiyası” kafedrasında baş laborant, assistent və baş müəllim, 1995-ci ildən Bakı Dövlət Universitetinin həmin kafedrasının dosenti olub. 1995-ci ildə “Azərbalıq” Dövlət Konserninin Balıqartırma idarəsinin rəis müavini, 1999-cu ildə rəisi vəzifəsində işləyib. 2001–2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktoru olub.
2011-ci ildən ekologiya və təbii sərvətlər nazirinin müavinidir. 1989-cu ildə biologiya elmləri namizədi, 2005-ci ildə biologiya elmləri doktoru elmi dərəcəsini, 2008-ci ildə professor elmi adını alıb. 160-a yaxın elmi əsərin, o cümlədən 5 dərslik, 2 monoqrafiya və 3 dərs vəsaitinin müəllifidir.
Təhsil
1980-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini, 2003-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Biologiya elmləri doktoru, professordur.