Ağakərim Səmədzadə
Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini
Tərcümeyi-hal
1979-cu il aprelin 16-da Bakı şəhərində anadan olub.
Əmək fəaliyyətinə 1997-ci ildə “Azəravtoyol” Dövlət Şirkətində hüquq məsləhətçisi kimi başlayıb, 1999–2002-ci illərdə Sosial-İqtisadi Araşdırmalar Mərkəzində çalışıb. 2002–2024-cü illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə işləyib, həmin dövrün 17 ilini rəhbər vəzifələrdə keçirib. 2024–2026-cı illərdə Azərbaycan İnvestisiya Şirkətində və Azərbaycan Biznesinin İnkişafı Fondunda İdarə Heyəti sədrinin müşaviri və baş direktor vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 13 may tarixli Sərəncamı ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.
Təhsil
Bakı Dövlət Universitetində filologiya və hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisasları üzrə ali təhsil alıb. 2015–2018-ci illərdə Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının hüquq fakültəsində magistratura pilləsində təhsil alıb.
Xəbərlərdə
-
Ağakərim Səmədzadə nazir müavini oldu 14 may 2026