Samir Ənvər oğlu Şərifov
Xarici işlər nazirinin müavini
Tərcümeyi-hal
1976-cı il noyabrın 25-də Bakı şəhərində anadan olub.
2000–2004-cü illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində, 2004–2007-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyində, 2007–2009-cu illərdə yenidən Beynəlxalq hüquq və müqavilələr idarəsində çalışıb. 2009–2014-cü illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində birinci katib və müşavir vəzifələrində işləyib; Azərbaycanın 2012–2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü dövründə siyasi əlaqələndirici olub.
2014–2018-ci illərdə Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəis müavini, 2018–2021-ci illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin müşavir-elçisi, 2021–2023-cü illərdə Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəisi vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 sentyabr tarixli Sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub; 2026-cı il 8 iyul tarixli Sərəncamla ona “fövqəladə və səlahiyyətli səfir” diplomatik rütbəsi verilib.
Təhsil
1993–1997-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 1998–2000-ci illərdə magistr, 2000–2003-cü illərdə aspirantura pilləsi üzrə təhsil alıb. 2002-ci ildə Vyana Diplomatik Akademiyasında, 2003-cü ildə İnsan hüquqları üzrə Stokholm Universitetində kurslarda iştirak edib.
Xəbərlərdə
-
Samir Şərifova daha bir vəzifə həvalə edilib 7 fevral 2025
-
Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq 27 yanvar 2025
-
Samir Şərifov Baş nazirin müavini təyin edildi 10 yanvar 2025
-
Mikayıl Cabbarov və Samir Şərifovla bağı SƏRƏNCAM 27 aprel 2024
-
Samir Şərifov səs verib 7 fevral 2024