Əsas məzmuna keç
Yalçın İlqar oğlu Rəfiyev

Yalçın İlqar oğlu Rəfiyev

Xarici işlər nazirinin müavini

Mənbə: mfa.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1987-ci il fevralın 9-da Şəmkir şəhərində anadan olub.

Peşəkar fəaliyyətə 2007-ci il sentyabrın 21-də Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsində referent kimi başlayıb. 2009–2011-ci illərdə həmin idarənin attaşesi, 2011–2013-cü illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin üçüncü, 2013–2015-ci illərdə ikinci katibi olub. 2016–2017-ci illərdə nazirliyin Beynəlxalq Təhlükəsizlik İdarəsinin birinci katibi, 2017–2018-ci illərdə Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi vəzifələrində çalışıb.

2018-ci ilin avqustundan 2019-cu ilin sentyabrınadək Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəis müavini, 2019-cu ilin sentyabrından 2023-cü ilin sentyabrınadək həmin idarənin rəisi olub. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 sentyabr tarixli Sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub; 2026-cı il 8 iyul tarixli Sərəncamla ona “fövqəladə və səlahiyyətli səfir” rütbəsi verilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

2007-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2010–2011-ci illərdə İtaliyanın Roma şəhərindəki NATO Müdafiə Kollecinin Ali Kursunda, 2014–2016-cı illərdə Avstriyanın Laksenburq şəhərindəki Beynəlxalq Antikorrupsiya Akademiyasının “Korrupsiyaya qarşı mübarizə üzrə mütəxəssis” magistr proqramında təhsil alıb.

Xəbərlərdə