Araz Böyükağa oğlu Əzimov
Xarici işlər nazirinin müavini
Tərcümeyi-hal
1962-ci ildə Bakı şəhərində anadan olub.
1984–1989-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində fəaliyyət göstərib. 1989–1990-cı illərdə Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində ikinci katib, 1990–1991-ci illərdə birinci katib, 1991–1992-ci illərdə şöbə müdirinin müavini, 1992–1994-cü illərdə nazirliyin Beynəlxalq təşkilatlar idarəsinin rəisi vəzifələrində çalışıb.
1994-cü ildən xarici işlər nazirinin müavinidir.
Təhsil
1978–1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb.