Elnur İsrafil oğlu Məmmədov
Xarici işlər nazirinin müavini
Tərcümeyi-hal
1981-ci ildə Bakı şəhərində anadan olub.
Müxtəlif illərdə təhsil nazirinin müşaviri, Vergilər Nazirliyinin aparatında şöbə rəisi, özəl hüquq şirkətində, iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb. 2007–2010-cu illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin mülki hüquq kafedrasında beynəlxalq kommersiya əqdləri fənnini ingilis dilində tədris edib.
Xarici işlər nazirinin müavini vəzifəsinə təyinatından əvvəl Xarici İşlər Nazirliyinin Ümumi katibliyinin rəisi olub. 2021-ci ilin aprelində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xarici işlər nazirinin müavini təyin edilib. 2021-ci ilin sentyabrında Azərbaycan Respublikası Hökumətinin Beynəlxalq Ədalət Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi təyin olunub, 2023-cü ilin iyulunda ona “fövqəladə və səlahiyyətli səfir” ali diplomatik rütbəsi verilib.
Təhsil
Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr (2002) və magistr (2004) səviyyələrini fərqlənmə diplomu ilə bitirib. 2005-ci ildə Vaşinqton Universitetinin hüquq fakültəsinin magistr səviyyəsini fərqlənmə diplomu ilə başa vurub. 2018-ci ildə Fransadakı INSEAD biznes məktəbinin idarəçilik ixtisası üzrə məzunu olub.
Xəbərlərdə
-
Elnur Məmmədov Cenevrədə Vardanyan işindən danışdı 25 fevral 2026