Əsas məzmuna keç

Elnur Məmmədov Cenevrədə Vardanyan işindən danışdı

Elnur Məmmədov Cenevrədə Vardanyan işindən danışdı

Elnur Məmmədov BMT-də Ruben Vardanyan işi və Zəngəzur dəhlizi barədə mühüm faktları açıqladı. Bakının hüquqi zəfəri və yeni qlobal hədəflər nədən ibarətdir? Oxuyun:

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

nazirinin müavini Elnur BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 61-ci sessiyasının yüksək səviyyəli seqmentində iştirak etmək məqsədilə 23-25 fevral 2026-cı il tarixlərində Cenevrə şəhərində səfərdə olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində nazir müavini sessiyada çıxış edib və bir sıra mühüm ikitərəfli görüşlər keçirib.

Nazir müavini çıxışı zamanı postmünaqişə dövründə Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyətinə toxunub. O, iki ölkə arasında Vaşinqton razılaşmasından irəli gələn məsələləri və Zəngəzur dəhlizinin regional inkişafa verəcəyi töhfələri xüsusi vurğulayıb.

Eyni zamanda, keçmiş münaqişənin humanitar nəticələrinin aradan qaldırılması istiqamətində tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edilib. Buraya itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, mina təhdidi ilə mübarizə və məcburi köçkünlərin təhlükəsiz qayıdışını nəzərdə tutan "Böyük Qayıdış" proqramı daxildir.

Qeyd olunub ki, genişmiqyaslı mina çirklənməsi insan hüquqlarının tam həyata keçirilməsinə ciddi maneə olaraq qalır və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir.

Nazir müavini bəyan edib ki, müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslərə münasibətdə keçirilmiş məhkəmə prosesi beynəlxalq hüquqa və milli qanunvericiliyə tam uyğun aparılıb. Verilən qərarlarla Azərbaycan ədaləti bərpa edib.

Xüsusilə, BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben işi ilə bağlı tərəfinin iddialarını rədd etdiyi xatırlanıb. 13 mart 2025-ci il tarixində dərc olunmuş rəydə Azərbaycan tərəfindən həyata keçirilmiş hüquqi prosedurların beynəlxalq standartlara uyğun olduğu bir daha təsdiqlənib.

Azərbaycanın beynəlxalq arenada rolunun artdığı vurğulanaraq, ölkədə keçirilmiş COP29 tədbirinin iqlim fəaliyyətinin sürətləndirilməsinə mühüm töhfə verdiyi qeyd edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…