Xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsahkna ilə görüşündə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu barədə fikir mübadiləsi aparıb.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsahkna ilə brifinqdə deyib.
Onun sözlərinə görə, bu xüsusda qaz təchizatı, eləcə də hazırda Avropa İttifaqının dəstəyi və üzv ölkələrin iştirakı ilə olan "yaşıl enerji" ilə bağlı müzakirələr olub.
Nazir deyib ki, görüş zamanı Orta Dəhliz də müzakirə mövzusu olub, bu da iki ölkənin maraqları ilə üst-üstə düşür.