Əsas məzmuna keç

2026-cı ilin ilk 8 ayında Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 3,2 milyard dollardan çox olub

2026-cı ilin ilk 8 ayında Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 3,2 milyard dollardan çox olub

XİN başçısı Ceyhun Bayramov və Hakan Fidan Bakıda mühüm razılaşmaları açıqlayıb. Naxçıvan enerji kabeli və yaşıl enerji layihələri iqtisadi əlaqələri gücləndirir.

en ru

2026-ci ilin ilk 8 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 3,2 milyard dollardan çox olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu naziri Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat üçün brifinqdə deyib.

O, iki ölkə arasında mövcud münasibətləri tənzimləyən xüsusi formatların mövcud olduğunu vurğulayıb:

"Strateji Şrası, siyasi məsləhətləşmələr, iqtisadi komissiyası və digər müstəvilərdə bu əməkdaşlıq mövcuddur".

Nazir işğaldan azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin fəaliyyətini də yüksək qiymətləndirib.

C.Bayramov əlavə edib ki, hazırkı mərhələdə iki ölkə araslında çox böyük perspektivə malik və növbəti onilliklərə yönəlik layihələr var:

"Bu konteskdə işlər aparılır. Həmin layihələr içərisində Azərbaycanda istehsal edilən alternativ enerjinin Qara dəniz üzərindən daşınması, burada Türkiyənin iştirakını, eləcə də Naxçıvanı Türkiyə ilə birləşdirən yeni enerji kabelini qeyd etməliyəm. Bu layihə nəinki Azərbaycan və Türkiyə üçün, Avropa bazarı üçün çox böyük potensiala malikdir".

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında nəqliyyat sahəsində də mühüm layihələr həyata keçirilir.

Nazir onu da bildirib ki, iki ölkənin hökumətlərarası komissiyasının iclaslarına böyük önəm verilir: "Burada humanitar, gənclər, idman və digər sahələr üzrə əməkdaşlığa dair müzakirələr aparılır".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…