Əsas məzmuna keç

"ABŞ bu təqdirdə yeni hazırlanmış HHM sistemləri ilə üzləşəcək"

"ABŞ bu təqdirdə yeni hazırlanmış HHM sistemləri ilə üzləşəcək"

"ABŞ ilə münaqişə yenidən alovlanacağı təqdirdə ölkəmiz təkmilləşdirilmiş hava hücumundan müdafiə sistemlərini istifadəyə verməyə hazırdır". Bu sözləri...

en ru tr

" ilə münaqişə yenidən alovlanacağı təqdirdə ölkəmiz təkmilləşdirilmiş hava hücumundan müdafiə sistemlərini istifadəyə verməyə hazırdır".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri İran Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin müavini, kontr-admiral Həbibullah Səyyari deyib.

O, ABŞ-nin hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə müasir və yeni HHM sistemləri ilə üzləşəcəyini deyib.

Səyyarinin sözlərinə görə, bu sistemlər rəqibə ciddi zərər vurmaq imkanına malikdir.

Kontr-admiral qeyd edib ki, ABŞ həmin sistemlərin effektivliyinin və imkanlarının şahidi olacaq.

O deyib ki, müharibə günlərində İran hava hücumundan müdafiə qabiliyyətinin gücləndirilməsinin ölkə üçün əsas prioritetlərdən biri olduğunu anlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…