Əsas məzmuna keç

Həbsdə olan keçmiş icra başçısı azadlığa BURAXILDI

Həbsdə olan keçmiş icra başçısı azadlığa BURAXILDI

İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb. Bununla bağlı bu gün Xəzər Rayon Məhkəməsi qərar qəbul edib. O, səhhəti ilə...

en ru tr

İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam azadlığa buraxılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” APA-ya istinadən xəbər verir ki, bununla bağlı bu gün Xəzər Rayon Məhkəməsi qərar qəbul edib.

O, səhhəti ilə bağlı vaxtından əvvəl azadlığa buraxılıb.

Onun cəzasının başa çatmasına 1 ildən bir qədər çox vaxt qalmışdı.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti () tərəfindən 5 may 2020-ci ildə saxlanılıb.

O, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Ali Məhkəmə Vilyam Hacıyevin cəzasını 8 il 6 ay müddətinə azaldıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…