Əsas məzmuna keç

Mərkəzi Bankın keçmiş əsas binası bu nazirliyin istifadəsinə VERİLDİ

Mərkəzi Bankın keçmiş əsas binası bu nazirliyin istifadəsinə VERİLDİ

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib. Söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90...

en ru

Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib.

“Operativ Məlumat Mərkəzi-OMM” APA-ya istindən xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir.

Binada Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi və digər struktur bölmələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur.

İlkin məlumata görə, bina Maliyyə Nazirliyinin istifadəsinə icarə əsasında verilib. Bununla belə hələlik Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən məsələ ilə bağlı hər hansı verilməyib.

Qeyd edək ki, sözügedən bina 1998-ci ildə tikilərək istifadəyə verilib. Mərkəzi Bank 2026-cı il iyunun 22-dək bu binada fəaliyyət göstərib. Həmin tarixdən etibarən bankın əsas fəaliyyəti prospekti, 167 ünvanında yerləşən yeni inzibati binaya köçürülüb.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 18.11.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…