Əsas məzmuna keç

Ceyhun Bayramov Araz iqtisadi zonasına yatırılan investisiyanın məbləğini açıqlayıb

Ceyhun Bayramov Araz iqtisadi zonasına yatırılan investisiyanın məbləğini açıqlayıb

Litvanın bir şirkəti Araz iqtisadi zonasında kifayət qədər böyük mebel istehsalı sahəsi ilə məşğuldur, 50 milyon manatlıq investisiya yatırılıb. “Operativ...

en ru tr

Litvanın bir şirkəti iqtisadi zonasında kifayət qədər böyük mebel istehsalı sahəsi ilə məşğuldur, 50 milyon manatlıq investisiya yatırılıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bunu Azərbaycanın naziri Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə mətbuat üçün brifinqdə deyib.

Nazir qeyd edib ki, bu, müəssisə fəaliyyətə başladıqda azad olunmuş ərazilərdə 650 əlavə iş yeri deməkdir.

"İki ölkə arasında və logistika sahəsində olan imkanlar, Azərbaycanın təklif etdiyi məqamlar, Avropa ilə Cənubi Qafqaz üzərindən Mərkəzi Asiya arasında körpü rolunun oynanması, Bakı limanının potensialı və onun artma planları, eyni zamanda, Bakı və Klaypeda limanları arasında əməkdaşlığın qurulması, Şimali Avropada əsas giriş məntəqələrinin olması, iki ölkənin dəmiryolu operatorları arasında sıx əlaqələrin formalaşması müzakirə edilib.

Şərq-Qərb Orta Dəhlizi, onun üzərində yerləşən Ələt Azad İqtisadi Zonası, o cümlədən azad olunmuş ərazilərdəki sənaye parkları barədə də fikir mübadiləsinin aparılmasını da faydalı hesab edirik", - deyə nazir vurğulayıb.

C.Bayramov qeyd edib ki, humanitar turizm-sahəsi də müzakirə olunub. O əlavə edib ki, Litvada 800-ə yaxın azərbaycanlı tələbə ölkənin aparıcı müəssisələrində təhsil alır.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…