Əsas məzmuna keç

Ceyhun Bayramov: Təhsil beynəlxalq yardımın əsas istiqamətidir

Ceyhun Bayramov: Təhsil beynəlxalq yardımın əsas istiqamətidir

Ceyhun Bayramov inkişaf etməkdə olan dövlətlərə göstərilən dəstəkdən danışıb. Nazir təhsil sahəsindəki qlobal təşəbbüslərin ölkəmiz üçün əhəmiyyətini açıqlayıb.

ru en

Azərbaycanda 120-dən çox ölkədən olan tələbələr təhsil alıb və ya təhsillərini davam etdirirlər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu naziri Azərbaycanın İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15 illiyinə həsr olunmuş " və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans"da bildirib.

O qeyd edib ki, ölkənin beynəlxalq yardımının əhəmiyyətli hissəsi məhz təhsil sahəsinə yönəldilir.

XİN başçısının sözlərinə görə, Azərbaycan inkişaf etdikcə və dövlət institutları möhkəmləndikcə fərdi xeyriyyəçilik ənənəsi tədricən humanitar yardım, bilik mübadiləsi və inkişaf naminə tərəfdaşlıq üzrə sistemli dövlət siyasətinə çevrilib:

"Bu varislik təhsil sahəsində özünü xüsusilə aydın göstərir. XX əsrin ikinci yarısında Asiya, Afrika və Latın Amerikası ölkələrindən olan on minlərlə tələbə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alıb".

O vurğulayıb ki, bu gün bu ənənə adına Beynəlxalq Təhsil Qrantı Proqramı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı ölkələrindən olan tələbələr üçün proqramlar, eləcə də xarici diplomatların hazırlıq kursları sayəsində davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…