Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
15.05.2024 11:15
Aa
dəq

Energetika naziri Pərviz Şahbazov Gürcüstana səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, nazir və rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-də Tbilisi şəhərində keçiriləcək “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkə nazirlərinin 7-ci iclasında iştirak edəcək.

Görüşdə Sazişin icrasının sürətləndirilməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə ediləcək.

Həftənin ən çox oxunanları