Əsas məzmuna keç
Elnur Zabit oğlu Soltanov

Elnur Zabit oğlu Soltanov

Energetika nazirinin müavini

Mənbə: minenergy.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1974-cü ildə Mingəçevir şəhərində anadan olub. Siyasi elmlər üzrə fəlsəfə doktorudur.

2000–2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Tədqiqatlar Mərkəzində tədqiqatçı işləyib. 2004–2009-cu illərdə ABŞ-ın Texas Tech, Slippery Rock və Truman State universitetlərində pedaqoji fəaliyyətlə məşğul olub. 2009–2018-ci illərdə ADA Universitetində baş müəllim, Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru, ictimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı vəzifələrində çalışıb.

2018-ci ildən energetika nazirinin müavini vəzifəsində çalışır.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1995–2003-cü illərdə Türkiyənin Orta Doğu Texniki Universitetinin beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr pillələri üzrə təhsil alıb. 2003–2009-cu illərdə ABŞ-ın Texas Tech Universitetinin siyasi elmlər fakültəsində aspirantura təhsili alıb; siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Xəbərlərdə