Elnur Soltanov: “Azərbaycan “Yaşıl Enerji Dəhlizi” yaratmaqla məşğuldur”

Elnur Soltanov: “Azərbaycan “Yaşıl Enerji Dəhlizi” yaratmaqla məşğuldur”
22.05.2023 13:01
Aa
dəq

Hazırda Azərbaycanın “Cənub Qaz Dəhlizi”nə paralel “Yaşıl Enerji Dəhlizi” də yaratmaqla məşğuldur.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bərpa olunan enerji mənbələri nəhəngdir və Azərbaycanın bunu ixrac etmək üçün böyük potensialı var: “Bu gün ölkəmiz Gürcüstan, Rumıniya və Macarıstanla bu sahədə işləyir. Artıq Bolqarıstan tərəfi də bu yaşı enerji dəhlizinə qoşulmaq istəyini ifadə edib. Bir aydan azdan müddətdə Bolqarıstan da bu prosesə rəsmi şəkildə qoşulmuş olacaq”.

Nazir müavini vurğulayıb ki, bu, bir növ Azərbaycanın Avropa ilə eyni dildə danışdığını və Avropa ilə eyni maraqların ifadə etdiyinin göstəricisidir: “Əlbəttə ki, bu layihəni həyata keçirmək üçün milyardlarla dollar yatırıma ehtiyac var. Bunun üçün də bu layihədə Avropanın maliyyə qurumlarının iştirakı əhəmiyyətli olacaq”.

E. Soltanov bildirib ki, Azərbaycan tərəfi bu gün Zəngəzur dəhlizində də Avropa İttifaqının marağının olduğunu vurğulamağa çalışır: “Zəngəzur dəhlizi bu dəfə yalnız karbohidrogenlərlə deyil, həmçinin “yaşıl enerji”nin Avropaya daşınması və Avropanın Azərbaycanda baş verən proseslərdən yararlanması üçün bir zəmin yaradılacaq. Bu zəminin də əsas şərtlərindən biri Azərbaycan və Ermənistan arasında qalıcı sülhün təmin olunması və Zəngəzur dəhlizinin açılmasıdır. Əminəm ki, nəticələr olacaq”.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu