Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hakan Fidan: Enerji dəhlizi strateji əhəmiyyət daşıyır

2 dəq
Paylaş:
Hakan Fidan: Enerji dəhlizi strateji əhəmiyyət daşıyır

"-Gürcüstan-Türkiyə-Bolqarıstan" "yaşıl enerji dəhlizi"nin yaradılması regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm kəsb edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Türkiyənin naziri Sofiyada bolqarıstanlı həmkarı Velislava Petrova-Çamova ilə birgə mətbuat konfransında bildirib.

O, həmçinin energetikanın Türkiyə ilə Bolqarıstan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu vurğulayıb: "Münasibətlərimiz hər il genişlənir, şaxələnir və dərinləşir".

"Ötən il Bakıda Azərbaycan və Gürcüstanın iştirakı ilə "yaşıl elektrik enerjisi"nin ötürülməsi və ticarəti sahəsində haqqında imzalanmış memorandum enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, həmin il imzalanmış elektrik enerjisi və enerji səmərəliliyi sahəsində əməkdaşlıq memorandumu sayəsində Bolqarıstanla enerji sahəsində əməkdaşlığımıza təkan veririk", - Fidan qeyd edib.

Xatırladaq ki, 2025-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyənin energetika nazirləri "yaşıl enerji" sahəsində əməkdaşlığa dair memorandum imzalayaraq Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan enerji dəhlizinin yaradılması layihəsinə start veriblər. Layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına 2026-cı ildə başlanılacaq.

Yeni dəhliz "yaşıl elektrik enerjisi"nin Xəzər regionundan Cənub-Şərqi Avropaya, xüsusilə Bolqarıstana, eləcə də Rumıniya və Macarıstana tədarükünü təmin edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax