Əsas məzmuna keç

Naxçıvan və Zəngəzur dəhlizi vasitəsilə Avropaya enerji ixracı perspektivləri müzakirə olunub

Naxçıvan və Zəngəzur dəhlizi vasitəsilə Avropaya enerji ixracı perspektivləri müzakirə olunub

Energetika naziri Pərviz Şahbazov İstanbulda Türkiyə və Moldova rəsmiləri ilə ikitərəfli görüşlər keçirib.

en ru

Energetika naziri Pərviz Şahbazov “İstanbul Təbii Sərvətlər Zirvəsi”ndə iştirakı çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Bayraktar və Moldovanın energetika naziri Dorin Junqietu ilə bir sıra görüşlər keçirib.

Energetika Nazirliyindən verilən məlumata görə, Türkiyəli həmkarı Alparslan Bayraktarla keçirilən görüşdə iki ölkə arasında strateji tərəfdaşlığının yeni layihələrlə inkişafı yüksək qiymətləndirilib. Tərəflər Bakı-Tbilisi-Ceyhan və TANAP kimi layihələrin enerji təhlükəsizliyindəki roluna diqqət çəkərək, bu əməkdaşlığın elektrik enerjisi sektorunda da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Müzakirələrin əsas mövzularından biri elektrik enerjisinin ixrac marşrutları olub:

  • Azərbaycandan və Gürcüstan üzərindən ötürülmə;
  • Zəngəzur vasitəsilə Mərkəzi Asiyadan Türkiyəyə və Avropaya nəql imkanları.

Görüşdə həmçinin binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumu əlaqələrin genişlənməsinin göstəricisi kimi qeyd edilib. Alparslan Bayraktar “ Enerji Həftəsi”ndə iştirak edəcəyini təsdiqləyib.

Moldovanın energetika naziri Dorin Junqietu ilə keçirilən görüşdə isə qaz təchizatının sabitliyində boru kəmərlərinin rolu və enerji sahəsində islahatlar müzakirə edilib. Moldovalı nazir də “Bakı Enerji Həftəsi”nə qatılacağını bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…