Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Zəngəzur" elektrik xəttində birinci mərhələdə işlər yekunlaşır

2 dəq
Paylaş:
"Zəngəzur" elektrik xəttində birinci mərhələdə işlər yekunlaşır

Muxtar Respublikasının ölkənin əsas enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda –Naxçıvan-–Avropa enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinin birinci mərhələsi yekunlaşmaq üzrədir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə "AzərEnerji" ASC-dən məlumat verilib.

Bildirilib ki, ölkə başçısının tapşırığına əsasən "AzərEnerji" tərəfindən Cəbrayıldan Ağbəndə qədər 74 km məsafədə ikidövrəli olmaqla, 1 000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xəttinin çəkilməsi başa çatır. Hər birinin çəkisi orta hesabla 30 tondan artıq, hündürlüyü 45 metrə yaxın olan 296 ədəd anker və aralıq dayaqlardan ibarət ötürmə xəttində işlərin 97 faizi icra edilib. Bu ilin qış, yaz və yay ayları da daxil olmaqla çətin iqlim və sərt relyefdə çəkilən ötürmə xəttində işlər "AzərEnerji" tərəfindən ən qısa müddətdə, qrafikdən əvvəl icra olunub.

Növbəti mərhələdə Ordubaddan Naxçıvana qədər 100 km, Zəngəzur dəhlizini keçməklə 44 km və Naxçıvandan Türkiyəyə 230 km məsafədə ötürmə xəttinin çəkilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikasının ölkənin vahid enerjisisteminə tam inteqrasiyası, muxtar respublikanın tezlik tənzimlənməsində xarici ölkədən asılılığının aradan qaldırılması, Avropa enerji bazarlarına çıxış imkanlarının yaradılması, həmçinin "yaşıl enerji"nin ötürülməsi baxımından bu layihə strateji əhəmiyyət daşıyır və Azərbaycan tarixinin ən iri enerji layihələrindən biri kimi qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə