Milli Futbol Liqasının (NFL) əfsanəvi oyunçusu Tom Bredi “Çelsi”nin minoritar səhm paketini almaq üçün danışıqlar aparır. “The Guardian” bu barədə məlumat yayıb.
Bredi bu ayın əvvəlində üç il sahib olduğu “Birminqem Siti”dəki payını satıb. Məlumatlı mənbələrin bildirdiyinə görə, bu addım “Stemford Bric”ə investisiya yatırmaq üçün yol açmaq məqsədi daşıyıb. Amerikalı klubun 2023-cü ilin avqustunda Knighthead Capital tərəfindən alınmasından sonra onun səhmdarları sırasına qoşulmuş, komandanın məsləhət şurasının sədri vəzifəsini tutmuşdu.
Nəşrin yazdığına görə, Bredinin “Çelsi”nin səhmlərinin 86,5 faizinə sahib olan Clearlake Capital fondunun rəhbəri Behdad Eqbali ilə münasibətləri yaxşıdır. Todd Boeli və Mark Uolter sentyabrda öz paylarını satıblar.
Bredi ötən il Nyu-Cersidə keçirilən klublararası dünya çempionatının finalına “Çelsi”nin qonağı kimi qatılıb. London klubu həmin matçda PSJ-ni 3:0 hesabı ilə məğlub edib, Bredi isə qələbəni futbolçularla birlikdə qeyd edib. O, NFL-in “Las-Veqas Reyders” klubunda da minoritar səhm paketinə sahibdir. Karyerası ərzində yeddi dəfə Superkubokun qalibi olan 49 yaşlı amerikalının mümkün sövdələşməsi ilə bağlı “Çelsi” rəsmiləri şərh verməkdən imtina ediblər.