Kamal Fərhad oğlu Abbasov
Energetika nazirinin müavini
Tərcümeyi-hal
1962-ci ildə Bakı şəhərində anadan olub.
1983–1988-ci illərdə SSRİ-nin Yəmən və İraqdakı ticarət nümayəndəliklərində və Xarici Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1988–1998-ci illərdə Azərbaycan SSR-in Xarici İşlər Nazirliyində və Azərbaycan Respublikasının Nazirlər Kabinetində işləyib. 1998–2013-cü illərdə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar” və “Qaz İxrac” idarələrində rəhbər vəzifələrdə, 2013–2020-ci illərdə SOCAR-ın Qaz İxrac İdarəsində marketinq üzrə rəis müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 may tarixli Sərəncamı ilə energetika nazirinin müavini vəzifəsinə təyin edilib.
Təhsil
1979–1985-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun xarici iqtisadi əlaqələr fakültəsində təhsil alıb.