Orxan Namiq oğlu Zeynalov
Energetika nazirinin müavini
Tərcümeyi-hal
1982-ci ildə anadan olub.
2003–2012-ci illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2013–2016-cı illərdə İqtisadi Əməkdaşlıq Təşkilatının Enerji, Ətraf Mühit və Minerallar Departamentinin müdiri olub. 2017–2020-ci illərdə Aİ–Azərbaycan yeni ikitərəfli sazişi üzrə Azərbaycan tərəfdən sektoral danışıqlar qrupunun rəhbəri və baş danışıqçının müavini, Xarici İşlər Nazirliyinin Avropa İttifaqı şöbəsinin müdiri, Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri vəzifələrində işləyib.
2020–2022-ci illərdə Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2022–2024-cü illərdə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi olub. 2024-cü il aprelin 6-dan energetika nazirinin müavini vəzifəsində çalışır.
Təhsil
2002 və 2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2003–2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb.