Pərviz Şahbazov: “Azərbaycan qonşu ölkələrin və regionun enerji təhlükəsizliyinə töhfə verib”

Pərviz Şahbazov: “Azərbaycan qonşu ölkələrin və regionun enerji təhlükəsizliyinə töhfə verib”
03.03.2023 10:43
Aa
dəq

Enerji təhlükəsizliyini daxili resursları hesabına tam təmin etmiş azsaylı ölkələrdən olan Azərbaycanın etibarlı tərəfdaş kimi qonşu ölkələrin və regionun enerji təhlükəsizliyinə töhfə verib.

"Operativ Məlumat Mərkəzi-OMM" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirakla əlaqədar ölkəmizdə səfərdə olan BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi ilə görüşündə bildirib.

Azərbaycanın zəngin neft tarixi və müasir enerji strategiyası haqqında məlumat verən nazir ölkəmizdə enerji keçidi istiqamətində görülən işlərdən və bərpa olunan enerji üzrə strateji hədəflərdən danışıb.

Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında bəyan edilmiş Azərbaycanda 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 %-dək azaldılması və işğaldan azad edilmiş ərazilərdə xalis sıfır emissiya zonasının yaradılması kimi yeni hədəflərə doğru atılan addımlar diqqətə çatdırılıb.

Görüş zamanı beynəlxalq əməkdaşlıqdan irəli gələn bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu