Əsas məzmuna keç

Əli Kərimlinin işi məhkəməyə GÖNDƏRİLDİ

Əli Kərimlinin işi məhkəməyə GÖNDƏRİLDİ

Dövlət Təhlükəsizliyi Xidmətinin topladığı materiallar əsasında Məmməd İbrahim və AXCP sədrinə qarşı hakimiyyəti zorla ələ keçirmə ittihamı irəli sürülüb.

en ru

Xalq Cəbhəsi Partiyasının () sədri Əli Kərimli və müavini İbrahimin məhkəməsi başlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" “Qafqazinfo”ya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən toplanmış materiallar baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hələlik ilk iclasın vaxtı təyin edilməyib.

Ə.Kərimli və M.İbrahimə Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilə kimi və ya işin hallarından asılı olaraq ömürlük həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, Ə. Kərimli və M.İbrahim ötən il Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib. AXCP sədri hazırda məhkəməsi gedən R.Mehdiyevin işində şahid qismində tanınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…