Əsas məzmuna keç

Məmməd İbrahimin şikayəti təmin edilmədi

Məmməd İbrahimin şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsi şikayəti əsassız sayaraq təmin etməyib. Məmməd İbrahim barəsindəki birinci instansiyanın 2 ay 15 günlük həbs qətimkan tədbiri...

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan istintaqla AXCP sədri Əli Kərimli ilə birgə edilən partiyanın rəyasət heyətinin üzvü İbrahimin apellyasiya şikayətinə baxılıb.

“"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Apellyasiya Məhkəməsi şikayəti əsassız sayaraq təmin etməyib.

Məmməd İbrahim barəsindəki birinci instansiyanın 2 ay 15 günlük həbs qətimkan tədbiri qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Əli Kərimli və Məmməd İbrahim Ramiz Mehdiyevin üzrə istintaqa cəlb ediliblər. Onlar AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunurlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…