Əsas məzmuna keç

Pərviz Şahbazov: “Bu il 4 yeni bərpa olunan enerji stansiyasının təməli qoyulacaq”

Pərviz Şahbazov: “Bu il 4 yeni bərpa olunan enerji stansiyasının təməli qoyulacaq”

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dörd yeni bərpa olunan enerji stansiyasının təməlinin qoyulması planlaşdırılır. "Operativ Məlumat...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dörd yeni bərpa olunan stansiyasının təməlinin qoyulması planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu nazirlikdə “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası zamanı komissiyanın sədri energetika naziri bildirib.

Nazir Sərəncamın icrası ilə bağlı gündəlikdə duran məsələlərə diqqət çəkib, sonuncu iclasdan ötən dövr ərzində layihələrin gedişi haqqında danışıb.

Sonra iclasın gündəliyinə uyğun olaraq Komissiyanın son iclasından ötən dövr ərzində görülmüş işlərə dair Katibliyin hesabatı dinlənilib. Dənizdə külək enerjisi layihələri üçün ayrılması nəzərdə tutulan su obyektlərinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi prosesi barədə məlumatlar təqdim edilib.

İclasda, həmçinin “Masdar” şirkəti ilə həyata keçirilən layihlərlə bağlı görülən işlər, hidrogen istehsalı, eləcə də “Xəzər-Aİ yaşıl enerji dəhlizi” layihəsi ilə bağlı yerinə yetirilən tədbirlər və digər cari məsələlərə dair müzakirələr aparılıb.

İclasda Energetika, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Fövqəladə Hallar, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və , Müdafiə nazirliklərinin, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, Mərkəzi Bank, Dövlət Dəniz və Liman Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, Minatəmizləmə Agentliyi, "Azərbaycan Elmi Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu" MMC-nin nümayəndələri iştirak edib.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 23.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…