Pərviz Şahbazov: "Azərbaycandan Avropaya qaz ixracının iki dəfə artırılması ilə bağlı investisiya qərarları tezləşdirilməlidir"

Pərviz Şahbazov: "Azərbaycandan Avropaya qaz ixracının iki dəfə artırılması ilə bağlı investisiya qərarları tezləşdirilməlidir"
03.02.2023 20:01
Aa
dəq

Azərbaycandan Avropaya qaz tədarükünü iki dəfə artırmaq üçün infrastruktura və "upstream"a investisiya ilə bağlı qərarlar tezləşdirilməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında deyib.

Onun sözlərinə görə, 2023-cü il həm Cənub Qaz Dəhlizi, həm də Xəzərin "yaşıl enerjisi"nin Avropaya ötürülməsi ilə bağlı fəaliyyətdə həlledici ildir:

“2022-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükü 11,4 milyard kubmetrə çatdırıldı. Qaz tədarükünün 2027-ci ilə qədər iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması üçün infrastruktura və "upstream"a investisiya ilə bağlı qərarlarımızı tezləşdirməli, vaxt itirmədən bütün pay sahibləri mövqelərini konsolidasiya etməli və dəhlizin hərtərəfli şaxələnmə ilə genişləndirilməsinə başlamalıyıq.

Bu gün mənbəyi Azərbaycan olan "yaşıl enerji" dəhlizinin yaradılması da strateji prioritetimizdir. Ötən ilin dekabrında Avropa Komissiyasının siyasi dəstəyi ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Xəzərin Avropaya yaşıl enerji ilə birləşdirilməsi üzrə tarixi addım atdılar. XXI əsrin "yaşıl enerji" dəhlizi olmağa iddialı bu marşrutla ikin mərhələdə 3-4 QVt-lıq yaşıl enerjinin ötürülməsi nəzərdən keçirilir. Xarici enerji şirkətləri ilə 25 QVt-dan çox yaşıl enerji layihələri üzrə əməkdaşlığımız imkan verir ki, Azərbaycan yaxın gələcəkdə Avropa üçün "yaşıl enerjii"ni və hidrogeni də təchiz edən mühüm və etibarlı tərəfdaşa çevrilsin”

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu