Əsas məzmuna keç

Pərviz Şahbazov: “TAP ilə Avropaya 33 milyard kubmetrdən çox qaz nəql olunub”

Pərviz Şahbazov: “TAP ilə Avropaya 33 milyard kubmetrdən çox qaz nəql olunub”

bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib. “TAP-ın icraçı direktoru Luka Skyepatti ilə boru kəmərinin mərhələli...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Trans-Adriatik Boru Kəməri (TAP) əlavə tədarük üçün 2025-ci ilin sonuna hazır olacaq, İtaliyaya 1 milyard , Albaniyaya isə 200 milyon kubmetr qaz nəql ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 10-cu iclası və Yaşıl Məşvərət Şurası nazirlərin 2-ci iclası çərçivəsində energetika naziri TAP-ın icraçı direktoru Luka Skyepatti ilə görüşündə bildirilib.

Görüşdə TAP-ın 2026-cı ildən etibarən əlavə olaraq 1,2 milyard kubmetr genişləndirilməsinin birinci mərhələsi üzrə görülən işlər, növbəti genişlənmə üçün aparılan bazar sınaqlarının gedişatı, regional qaz təchizatı infrastrukturlarının inkişafına dair müzakirələr aparılıb.

TAP-ın İtaliya da daxil Avropa ölkələrinin qaza tələbatının əhəmiyyətli hissəsini qarşıladığını vurğulayan L. Skyepatti qazının enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib.

Görüşdə karbon neytrallığının əldə olunması məqsədilə Yunanıstan və Albaniyada yerləşən kompressor stansiyalarının elektrikləşdirilməsi, həmçinin boru kəmərinin ötürücülük gücünün artırılması çərçivəsində hidrogen və digər bərpa olunan qazların tədarükü perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

TAP-ın icraçı direktoru Luka Skyepatti ilə energetika naziri Pərviz Şahbazov görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

“TAP-ın icraçı direktoru Luka Skyepatti ilə boru kəmərinin mərhələli genişlənməsi, hidrogen, bərpa olunan qazların tədarükü, karbon neytallığına nail olunması ilə bağlı həyata keçirilən prosesləri dəyərləndirdik. TAP-la indiyə qədər Avropaya 33 mlrd.m3-dən çox qaz nəql olunub” - deyə Pərviz Şahbazov bildirib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…